5 nəfər xəstəxanaya yerləşdirilib - Havaya görə

ÖLKƏ
13:48
11 Fevral 2020
27

Hava şəraiti ilə əlaqədar Bakıda təcili tibbi yardıma 5 müraciət daxil olub.

Sabah.az xəbər verir ki, bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, müraciət edənlərin diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub. Müraciət edən şəxslər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib.

Qeyd edək ki, bu gün səhər paytaxtda qar yağması səbəbilə bəzi yollar buz bağlamışdı.

Xəbər lenti