Biri sürücüyə bıçaq çıxardı, o biri pulqabı oğurladı
Nəsimi rayonu ərazisində metronun “20 Yanvar” stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Rüfət Yunusova qarşı quldurluq edilib.
Sabah.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxs sürücünü kəsici alətlə hədələyərək zərərçəkənin 100 manatını ələ keçirib. Qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Qurban Rzayev saxlanılaraq istintaqa təqdim edilib.
Daha bir əməliyyat tədbir zamanı isə paytaxt sakini Telman Mirbabayevin cibindən içərisində 305 manat olan pul kisəsini oğurlayan Sabunçu rayon sakini İbrahim Əliyev saxlanılıb.
Q.Rzayev və İ.Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq olaraq quldurluq və oğurluq maddələri cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Daha çox