“Facebok əhli "molodes, bravo, oğulsan" deyəcək, vəssalam!”
REAL Partiyasının icraçı katibi Natiq Cəfərli 16 saylı Yasamal İkinci Seçki Dairəsindən deputat seçilən partiyadaşı Erkin Qədirli ilə bağlı fikirlərini açıqlayıb.
Sabah.az xəbər verir ki, N.Cəfərli onun qalibiyyətini belə şərh edib:
“Ona ilk dəfə 2000-ci ildə deputat olmaq təklif olunub. Adam imtina edib və deyib ki, 28 yaşı var, onu heç kəs tanımır, kim ona səs verəcək ki, o da seçilsin?! Təklif verənlər onun saflığına gülsələr də, hörmətləri də artıb.
2000-2005-ci illər arası Erkin TV-lərə çıxmağa başladı, forumlarda yazırdı, mətbuata müsahibələr verirdi. 2005-ci ildə yenə ona təklif edirlər ki, artıq tanınırsan, gəl deputat ol. Erkin imtina etdi ki, mənə səs verən olmayacaq. 2010-cu ildə də Erkin REAL-dan namizəd oldu, onun İTV-dəki çıxışı səs yaratdı, amma o vaxt Abel Məhərrəmov favorit idi. O zaman da Erkinə demişdilər ki, dairəni dəyiş, şans yaradaq... Dəyişmədi, dirəşdi. 2015-ci ildə Erkin seçkilərə 10 gün qalmış namizədliyini geri götürdü, çünki o zaman İlqar həbsdə idi, ona da həmin gün zəng gəlmişdi ki, sənə mane olmayacaqlar, seçiləcəksən. Adam bu sözü də həzm etmədi - namizədliyini geri götürdü.
Qısası Erkin artıq 4 dəfə (!!!) mandatdan imtina edib. Amma bunun nə xeyri olub bizə, cəmiyyətə?!”
O bildirib ki, sözügedən dairədə 10 dəfə də seçki olsa, Erkin yenə qalib gələr:
“16-cı dairədə Erkin cəmi 2100 səs yığaraq qalib olub. Yəni, Erkin o səsləri halal toplayıb. O dairədə 10 dəfə də seçki olsa, Erkin yenə udar. Hə, sual olur ki, nədən mane olmadılar? Mən ona görə tarixçəni yazdım ki, ona heç vaxt mane olmaq istəməyiblər, sadəcə, bu dəfə ona heç nə demədilər deyə, Erkin sonacan getdi. İstəsəydilər, mane olardılarmı? Təbii ki. Deməli, Erkini parlamentdə görmək istədilər. Amma adam öz səsi ilə seçilib. Erkinin 4-cü dəfə mandatdan imtina etməsinin müsbət tərəfi varmı? Var. Facebok əhli "molodes, bravo, oğulsan", deyəcək, 2-3 gün Erkin qəhrəman olacaq. Vəssalam”.
Daha çox