Məşhur futbolçu hərbi xidmətə başladı

İDMAN
00:45
21 Aprel 2020
121

İngiltərənin "Tottenhem" klubunun futbolçusu Hın Min Sonunun əsgərlik dönəmi başlayıb.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ölkəsi Cənubi Koreyada 14 gündük karantin müddətini tamamladıqdan sonra Çedjudo adasındakı hərbi hissəyə yollanıb.

Qeyd edək ki, Hın Min Son 2018-ci ildə milli komanda ilə birgə Asiya Oyunlarında qızıl medal qazandığı üçün orduda 21 aylıq xidmət müddəti 3 həftə ilə əvəzlənib. Onun mayın ortası Londona qayıdacağı gözlənilir.

Xəbər lenti