Bakı-Qazax yolunda qəza, xəsarət alanlar var

HADİSƏ
23:10
20 Aprel 2020
69

Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Çaylı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Emin Vəliyev və Nicad Süleymanov xəsarət alıb. Hadisə zamanı daha bir nəfərin də xəsarət aldığı bildirilir.

Yaralılar Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.

Hadisənin təfərrüatları araşdırılır.

Xəbər lenti