Neftin qiyməti tarixdə ilk dəfə mənfiyə düşdü - Yenilənib

İQTİSADİYYAT
23:30
20 Aprel 2020
185

WTI markalı ABŞ neftinin qiyməti tarixdə ilk dəfə olaraq rekord həddə ucuzlaşıb.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu markalı xam neftin may ayında çatdırılması üçün fyuçerslərin qiyməti bir bareli 1 dollara enib.

May fyuçerslərinin qiyməti 90 faizdən çox ucuzlaşaraq 1 dollar/barelə düşüb.

Qeyd olunub ki, bu günə qədər tarixi ən aşağı qiyməti bir barrel üçün 9,75 dollar idi.

***

Nyu-York Ticarət Birjasında WTI markalı xam neftin may fyuçerslərinin dəyəri tarixdə ilk dəfə mənfi olub.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, may ayı üçün tədarük qiymətləri 162 faiz düşərək bir barreli mənfi 11.42 dollara enib. Londonun ICE birjasında isə WTI qiyməti 104 faiz düşərək -0,75 dollar təşkil edib.

Xəbər lenti