Şəmkirdə arvadını öldürən şəxs barəsində qərar verildi

XƏBƏR
18:07
20 Aprel 2020
107

Şəmkir Rayon Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Mübariz Məmmədovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

Sabah.az xəbər verir ki, Şəmkir Rayon Prokurorluğundan verilən məlumata görə, məhkəmə istintaq orqanının təqdimatını təmin edib.

Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aprelin 19-da 1991-ci il təvəllüdlü Mübariz Məmmədov Şəmkir Rayon Polis Şöbəsinə gələrək arvadı Nailə Məmmədovanı öldürməsi ilə bağlı məlumat verib və könüllü təslim olub.

Araşdırmalarla M.Məmmədovun həmin gün saat 09 radələrində qısqanclıq zəminində arvadı, 1993-cü il təvəllüdlü Nailə Məmmədovaya bədənin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Məmmədov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

Xəbər lenti