"Abituriyentlər nəzərə almalıdır ki, hazırda dərs prosesi dayandırılmayıb"
“Əgər uşaq onlayn dərsdə iştirak etməyibsə, bu, o demək deyil ki, dərs, mövzu keçilməyib”.
Sabah.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Nigar Hüseynova AzTV-də "Telesəhər" verilişinə qonaq olan zaman deyib. Məktəblər bağlandıqdan sonra keçirilən mövzuların builki qəbul imtahanına salınıb salınmaması ilə bağlı sualları cavablandıran şöbə müdiri qeyd edib ki, abituriyentlər nəzərə almalıdır ki, hazırda dərs prosesi dayandırılmayıb:
“Bizə tez-tez bu barədə suallar daxil olur. Təhsil Nazirliyi teledərslər təşkil edir. İnterneti olmayanlar televiziyada dərsləri izləyə bilər. Burada valideyn də uşağı məcbur etməlidir ki, onlayn dərsləri izləsin.
Hətta bir çox məktəblər müxtəlif platformalardan istifadə edərək dərsləri onlayn formada keçirirlər. İstəlinən şagird, istənilən vaxt dinlədiyi mövzunu anlamadığı şəraitdə müəllimə müraciət edə bilər. Hazırda bununla bağlı bütün şəraitlər var. Texniki bacarıqlarından məişətdə istifadə edən uşaqlardan xahiş edirik ki, indi də dərsdə istifadə etsin”.
N.Hüseynova ali və orta ixtisas təhsili müəssisələrinə buraxılış və qəbul imtahanının hansı formada keçirilməsinə də münasibət bildirib.
“A” və “B” planı deyə bir şey var. DİM-in “A”, “B” planı var. Hamısı xüsusi karantin rejimindən asılıdır. Bu rejim, məsələn, may ayında bitsə, biz imtahanları sıx rejimdə adi qaydada keçirəcəyik. Ancaq karantin uzanarsa, biz də başqa plan əsasında imtahan keçirəcəyik”.
Daha çox