Göldə yeyib-içmək məclisi təşkil edənlər cərimələndi
Qubada yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan 5 gənc saxlanılıb.
Sabah.az DİN-ə istinadən xəbər verir ki, Quba rayonu 2-ci Nügədi kənd sakinləri olan beş gənc kənd ərazisində yerləşən Çənlibel gölü ətrafında toplaşaraq yeyib-içmək məclisi təşkil ediblər.
Elan edilmiş xüsusi karantin qaydalarını kobudcasına pozan şəxslər ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətiriliblər və burada hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.
Daha çox