Qapısında “Niva” saxlayan qonşusunun maşınını güllələdi - Foto

HADİSƏ
14:10
20 Aprel 2020
112

İsmayıllı rayonunda darvazasının qarşısında maşın saxlayan qonşusuna 3 güllə atan şəxs saxlanılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə aprelin 18-i günorta saatlarında rayonun Namazgah kəndində baş verib.

Kənd sakini, 1986-cı il təvəllüdlü Qalib Mursalov qonşusu Fərman Mirzəzadəyə onun həyətinin qarşısında maşın saxlamamağı tapşırıb. Lakin hadisə günü F. Mirzəzadənin idarə etdiyi “Niva” markalı avtomobili darvazanın önündə görəndə evdə saxladığı “İj” markalı ov silahını götürüb küçəyə çıxıb və qonşusu maşında olduğu halda avtomobilə tərəf 3 dəfə atəş açıb.

Güllələr avtomobilin ön buferini, sağ ön qanadını, baqaj qapısını, sol arxa qanadını zədələyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan istifadə etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq İsmayıllı rayon polis şöbəsinin İstintaq bölməsinin rəisi, polis mayoru Hənifə Bayramzadənin icraatında davam etdirilir.

Xəbər lenti