Karantini pozub balıq ovlayanlar saxlanıldı - Foto

XƏBƏR
11:04
20 Aprel 2020
26

Şabran rayonunda karantin qaydalarını pozaraq balıq ovlayan beş nəfər saxlanılıb.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, Şabran rayonu ərazisində yerləşən “Taxtakörpü” su anbarından balıq ovlayan beş nəfər saxlanılıb. Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Fariz Məmmədov, Eldar Cəfərov və Səbuhi İsmayılov və Şabran rayon sakinləri Ziya Şükürov və Şirin Hüseynov olduqları müəyyən edilib.

Məlum olub ki, həmin şəxslər E.Cəfərovun idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsi ilə su anbarı ərazisinə gizli yollarla daxil olaraq, oradan balıq ovlamaq istəyiblər. Həmin şəxslərə məxsus tilovlar, eləcə də dörd ədəd ovlanmış balıq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.

Xəbər lenti