Bu günədək 31 mindən çox hərəkət iştirakçısı cərimələnib
Baş Dövlət Yol Polisi İdarəsi dünən karantin qaydalarını pozanların sayını açıqlayıb.
Sabah.az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 19 aprel saat 00:00-dan 20 aprel saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1874 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 31 min 516 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Daha çox