Futbol oynamaq istəyənlər cərimələndi

XƏBƏR
09:58
20 Aprel 2020
37

Oğuzda futbol oynamaqla karantin rejimini pozan şəxslər cərimələnib.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, polislər Şirvanlı kəndində bir qrup şəxsin karantin rejimi qaydalarını pozaraq futbol oynadıqlarını müəyyən ediblər.

Həmin şəxslər barəsində Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, onlar cərimə ediliblər.

Xəbər lenti