Salah doğulduğu kəndə minlərlə ton ərzaq bağışladı

İDMAN
01:51
19 Aprel 2020
97

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah koronavirusla mübarizədə iştirak edib.

Sabah.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu vətəni Misirdə Basyun şəhəri yaxınlığında yerləşən doğulduğu kənd Naqriqin sakinlərinə minlərlə ton ərzaq bağışlayıb.

Salahın atası bildirib ki, oğlunun təşəbbüsü ilə kənddə dezinfeksiya işləri aparılıb, insanlara maska paylanılıb.

 

Xəbər lenti