4 yaşlı qızın başına televizor düşdü, xəstəxanaya yerləşdirildi

HADİSƏ
00:35
19 Aprel 2020
82

Ağstafada 4 yaşlı qızın başına televizor düşüb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun 20 Yanvar küçəsində qeydə alınıb.

2016-cı il təvəllüdlü Hacıbalayeva Fatimə Rahil qızı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Dərhal azyaşlıya lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, uşağın başına köhnə televizor düşüb.

 

Xəbər lenti