A Seriyasının oyunları bu şəhərlərdə keçirilə bilər
İtaliya A Seriyasında bu mövsümün qalan oyunları məhdud sayda şəhərlərdə keçirilə bilər.
Sabah.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən görüşlərin Roma, Florensiya və Neapolda keçirilə biləcəyi vurğulanıb. Bu siyahıya hələlik adı müəyyənləşməyən daha bir şəhər də daxil ola bilər. Hazırda bu variantın müzakirə edildiyi yazılıb.
Qeyd edək ki, futbol üzrə İtaliya çempionatında cari mövsümün nə vaxt bərpa olunacağı hələlik dəqiqləşməyib.
Daha çox