Gənc oğlanı avtomobil vurdu - Foto

HADİSƏ
21:37
18 Aprel 2020
61

Qaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qıpçaq kəndində qeydə alınıb.

Həmin kəndin sakini 23 yaşlı Ramazan Elxan oğlu Cəbiyevi "10-KV-239" dövlət seriya nişanlı, "VAZ-21099" markalı avtomobil vurub. Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Kənd sakinlərinin sözlərinə görə, xəsarət alan R.Cəbiyev ruhi xəstədir.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər lenti