190 manat alanların bölgələr, cins və yaş qrupları açıqlandı - Siyahı

ÖLKƏ
19:04
18 Aprel 2020
2956

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirmiş qeyri-formal məşğul şəxslərdən ibarət şəxslərə aprelin 9-dan birdəfəlik ödəmələrə başlanılıb və artıq 200 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.

Sabah.az xəbər verir ki, ƏƏSMN-dən verilən məlumata görə, onlardan 123 766 nəfəri kişi, qalanları qadınlardır. Birdəfəlik ödəmə verilənlərin 50 309-u Bakı, 8 949-u Sumqayıt və 6 213-ü Gəncə  şəhərlərində yaşayanlar, 4 308-i Abşeron rayonunun, 130 221-i respublikanın digər bölgələrinin sakinləridir.

Yaş qruplarına gəldikdə isə birdəfəlik ödəmə alanlardan 12 811-i 20 yaşa qədər, 85 975-u 20-30 yaş arası, 52 920-i 30-40 yaş arası, 27 287-i  40-50 yaş arası, 21 007-i 50 yaşdan yuxarı  olanlardır.

Ödəniş prosesi gündəlik əsasda aparılır və qarşıdakı günlərdə də davam edəcək.

Xəbər lenti