Plastmas şprislərin gömrük rüsumu ilə bağlı dəyişiklik

ÖLKƏ
18:35
18 Aprel 2020
42

“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.

Sabah.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Dəyişikliyə əsasən, plastmasdan insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr (ml) və ya daha az olan şprislər idxal gömrük rüsumundan azad edilib.

Həcmi 2 millilitr və ya daha az olan plastmasdan şprislərin hər bir ədədi üçün 0,02 ABŞ dolları, həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan plastmasdan şprislərin hər bir ədədi üçün 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan plastmasdan şprislərin hər bir ədədi üçün 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan plastmasdan şprislərin hər bir ədədi üçün 0,04 ABŞ dolları, digərlərinin hər biri üçün 0,04 ABŞ dolları idxal gömrük rüsumu müəyyən olunub.

Sözügedən qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Xəbər lenti