Göyçayda karantini pozan 2 nəfər həbs edildi

XƏBƏR
16:41
18 Aprel 2020
40

Göyçayda karantin rejimini pozan 2 nəfər həbs edilib.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir.

Polis əməkdaşları xidmət aparan zaman Göyçay şəhər sakini Ruslan Xəlilovun icazə almadan çölə çıxdıqlarını müəyyən ediblər. Ona xəbərdarlıq edilməsinə baxmayaraq, R.Xəlilov polisin qanuni tələbinə məhəl qoymayıb, qaydaları pozmağa davam etdiyinə görə, saxlanılaraq Polis Şöbəsinə gətirilib. Barəsində protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə inzibati həbs olunub.

Digər şəhər sakini Bəxtiyar Əhmədov rayon ərazisində yaradılmış giriş-çıxış postlarında heç bir icazəsi olmadan başqa rayonun ərazisinə keçmək istəyərkən saxlanılıb. O da Göyçay Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs edilib.

Xəbər lenti