Yollarda cərimələnənlərin sayı 27 587-ə çatdı

XƏBƏR
13:00
18 Aprel 2020
50

Dövlət Yol Polisi ötən gün cərimələnən şəxslərlə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 17.04.2020-ci il saat 00:00-dan 18.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2 185 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 27 587 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti