Zakir Həsənov Brüsselə gedir

XƏBƏR
11:02
11 Fevral 2020
51

Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində NATO-nun Mənzil-Qərargahında keçiriləcək iclasda iştirak etmək üçün Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 12-də Brüssel şəhərinə yola düşəcək.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 13-də keçiriləcək iclasda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

Xəbər lenti