Türkiyədə 48 saatlıq qadağa bu həftə sonu da davam edir - Fotolar
Türkiyədə həftə sonları nəzərdə tutulan 48 saatlıq qadağa səbəbi ilə bu həftə sonu da küçələr boş qalıb.
Sabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, koronavirusla mübarizə çərçivəsində, bu həftə sonu da Türkiyədə Zonquldağ vilayəti və ölkənin 30 şəhərində sakinlərin 48 saat ərzində evlərindən çıxması qadağan edilib.
İki qitəni birləşdirən və çox sayda vətəndaşın keçdiyi 15 İyul Şəhidləri Körpüsü, Fatih Sultan Mehmet Körpüsü ilə E-5 Qaroyulu, Vətən prospekti kimi bir çox yol komendant saatına görə boş qalıb.
Qeyd edək ki, az sayda nəqliyyat vasitəsinin keçdiyi körpü keçidlərə və bir çox nöqtəyə polisin nəzarət etdiyi müşahidə olunur. Məhdudiyyətdən azad olan vətəndaşlara isə ictimai nəqliyyat vasitələrinin xidməti davam edir.
Daha çox