Karantin vaxtı damda qumar oynayanlar həbs edildi

XƏBƏR
09:52
18 Aprel 2020
55

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Şahağacı kəndinin sakini olan 6 nəfərin yaşadıqları kənddə hazırda istifadə olunmayan tikilinin damında qumar oynadıqları aşkar olunub.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətindən verilən məlumata görə, karantin rejimi qaydalarını pozan həmin şəxslər saxlanılaraq şöbəyə gətirilib.

Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və inzibati qaydada həbs olunublar.

Xəbər lenti