Şeydayevin Rusiya klubu ilə problemi həll olundu

İDMAN
01:24
18 Aprel 2020
116

Aprelin 17-də Rusiya Futbol İttifaqı (RFS) Mübahisələrin Həlli Palatasının iclası keçirilib.

Sabah.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda qış fasiləsində Moskva "Dinamo"sundan ayrılan millimizin və “Sabah”ın üzvü Ramil Şeydayevlə sabiq klubu arasındakı barışıq sazişi təsdiqlənib.

Paytaxt təmsilçisinə yeni futbolçuların qeydiyyatdan keçirilməsi ilə bağlı qoyulan qadağanın aradan qalxdığı bildirilib.

Xatırladaq ki, 2019-cu ilin yayında "Krılya Sovetov"dan azad agent qismində “Dinamo”ya keçən 24 yaşlı hücumçunun müqaviləsi bu ilin yanvarında Moskva klubu tərəfindən pozulmuşdu. RFS-in Mübahisələrin Həlli Palatası Şeydayevlə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları etdiyi üçün "Dinamo"nu cəzalandırmışdı.

Xəbər lenti