Koronavirusdan sağalan insanlarda hansı fəsadlar qala bilər? - Video
Azərbaycanda koronavirus pandemiyasına yoluxan 1340 nəfərdən 528-i sağalıb. Ancaq müalicə edilərək sağaldıqdan sonra orqanizmdə bəzi fəsadlar qala bilər.
Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bunu TƏBİB-in yolxucu xəstəliklər ürzə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, koronavirusun kliniki gedişatı hər insanda fərqlidir. Yaş faktoru, digər xəstəliklərin olması, gec müdaxilə edilməsi kimi faktorlar da virusun digər orqanlara vurduğu ziyanın miqyasını müəyyənləşdirir.
Yəni xəstəliyi yüngül keçirənlərdə xırda fəsadlar müşahidə edilir, amma orta və ağır keçirən şəxslərdə isə multiorqan çatışmazlığı qaçılmaz ola bilər.
Vasif Əliyev deyib ki, xəstəliyi yüngül keçirənlərdə immun sisteminin güclü olması ilə yanaşı erkən müdaxilə də önəmli rol oynayır. Virusdan sağalaraq evə buraxılan insanların digər şəxsləri yoluxdurmaq təhlükəsi isə tamamilə aradan qalxır. Ancaq həmin insanlar növbəti mərhələdə özlərini başqa infeksiyalardan, xəstəliklərdən qorumalı, sağlam qidalanaraq immunitetlərini gücləndirməlidirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Daha çox