Bakıda 3 avtomobil toqquşdu, xəsarət alan var - Foto

HADİSƏ
00:35
18 Aprel 2020
58

Bakının Sabunçu rayonunda üç avtomobil toqquşub, xəsarət alan var.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Şəhər şossesində baş verib.

Elşən Əliyev taksi fəaliyyəti ilə məşğul olduğu “Hyundai” markalı nəqliyyat vasitəsilə yüksək sürətlə əks yola çıxıb. Bu zaman “Hyundai” işıqforun yaşıl işığından keçən Vaqif Quliyevin idarə etdiyi “Mercedes”ə, daha sonra Cehyun Əliquliyevə məxsus “Mitsubishi” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü V.Quliyev ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. “Hyundai” və “Mercedes” markalı nəqliyyat vasitələri deformasiyaya uğrayıb.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Xəbər lenti