Qaynını güllələyən şəxs saxlanıldı

XƏBƏR
23:11
17 Aprel 2020
109

Xaçmaz rayonunun Ağtala kənd sakini M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməkdə şübhəli bilinən F.Quliyev saxlanılıb.

Sabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 16-da saat 23 radələrində Xaçmaz rayonunun Ağtala kəndi ərazisində kənd sakini F.Quliyevin münaqişə zəminində həmkəndlisi olan qayını M.Allahverdiyevə tüfəngdən atəş açıb bud nahiyəsinə xəsarət yetirməsi barədə RPŞ-yə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb. F.Quliyev saxlanılıb, onun sərxoş halda olması müəyyən edilib.

Araşdırma aparılır.

Xəbər lenti