TƏBİB bugünkü test sayını açıqladı
Bu gün Azərbaycanda koronavirusla bağlı 5 858 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aprelin 17-nə açıqladığı statistik göstəricidə qeyd olunub.
Bildirilib ki, indiyədək ölkədə 86 min 607 test edilib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 57 yeni yoluxma faktı qeydə alınıb, ölən olmayıb, 68 nəfər sağalıb. İndiyədək ölkədə 1 340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Daha çox