AFFA Avro-2020 ilə bağlı UEFA-ya təsdiq göndərdi

İDMAN
20:20
17 Aprel 2020
78

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Avro-2020-nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını artıq UEFA-ya bildirib.

Sabah.az xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.

UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVİD-19 pandemiyası ilə əlaqədar Avro-2020 turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.

AFFA-nın məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlərin aprelin 30-dək UEFA-ya göndəriləcəyi qeyd olunub.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda Avro-2020-nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə 1 qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.

Xəbər lenti