Türkiyənin Azərbaycandakı vətəndaşları üçün reyslər təşkil olunacaq

XƏBƏR
18:40
17 Aprel 2020
67

“Azərbaycanda olan və Türkiyəyə qayıtmaq istəyən vətəndaşlarımızın təxliyə edilməsi üçün yaxın günlərdə Türkiyə Hava Yolları tərəfindən təyyarə səfərləri təşkil olunacaq”.

Sabah.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Səfrirliyimizə bu günə qədər ölkəmizə qayıtmaq üçün müraciət edən vətəndaşlarımıza uçuşlarla bağlı məlumat e-poçt, “WhatsApp” və SMS vasitəsilə çatdırılacaq. Bununla əlaqədar vətəndaşlarımızı e-poçt və telefonlarını mesajların göndərilməyə başlandığına dair ikinci bildirişdən sonra mütəmadi olaraq yoxlamağı xahiş edirik”, - deyə məlumatda qeyd olunub.

Xəbər lenti