Azərbaycanda avtomatlaşdırılmış dezinfeksiya cihazı hazırlanıb - Video

ÖLKƏ
18:06
17 Aprel 2020
47

Azərbaycanda "TM Unit 2020" şirkəti tərəfindən avtomatlaşdırılmış İnsan Dezinfeksiya Cihazı (Human Disinfection System) hazırlanıb.

Sabah.az APA-a istinadən xəbər verir ki, avadanlıq iki hissədən ibarətdir. Birinci hissə əlləri, ikinci hissə isə üst geyim və baş hissə də daxil olmaqla 360 dərəcə dezinfeksiya edir. Dezinfeksiya cihazın hər iki tərəfindən püskürtmə yolu ilə edilir.

Avadanlıq tam avtomatlaşdırılıb və xüsusi sensorlar sayəsində 3-5 saniyədə şəxsin həm əllərini, həm də üzərini heç bir toxunma olmadan tam dezinfeksiya edir.

Qeyd edək ki, İnsan Dezinfeksiya Cihazının 100 litrlik  çən tutumu var. Cihaz bir dolumuna  4000 şəxsi dezinfeksiya edir.

Xəbər lenti