Mikayıl Cabbarov vergi güzəştlərini açıqladı

GÜNDƏM
17:52
17 Aprel 2020
129

“Vergi Məcəlləsinə dəyişikliklər paketi hazırlanıb və bütün dövlət qurumları ilə razılaşdırılıb”.

Sabah.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Prezidentlə  keçirilən videokonfransda məruzəsində deyib.

O qeyd edib ki, pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 1 yanvar 2021- ci ilədək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətilləri təklif olunub:

“Burada əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştlərinin verilməsi, əldə olunan gəlirin 75 faizi miqdarında vergi güzəşti kimi. Fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində  tutulan vergi dərəcələrinin 14 faizdən 7 faizə  endirilməsi, ictimai iaşə  və ölkədaxili sərnişindaşıma  fəaliyyəti üzrə  sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi və. s tədbirlər nəzərdə tutulur”.

Nazir qeyd edib ki, mikrosahibkarlıq subyektlərinə 1 yanvar 2020-ci ildən 1 yanvar 2021-ci ilədək 50 faiz vergi güzəştinin edilməsi nəzərdə tutulur. Yəni 2 faiz dövriyyədən, 1 faiz dövriyyəyə endirilməsi, həmçinin vergilərin və cari vergi ödəmələrinin hesablanması və ödənilməsi üzrə vergi tətillərinin verilməsi də nəzərdə tutulur.

"3-cü istiqamətin bütün sahibkarlıq subyektlərinə şamil edilməsi proqnozlaşdırılır. 1 yanvar 2021- ci ilədək olan dövr üzrə aşağıdakı vergi güzəştlərini təqdim edirik: Epidemiyanın qarşısının alınması, əhalinin həyat və sağlamlığının qorunması məqsədiylə vergi ödəyiciləri tərəfindən həyata keçirilən zəruri profilaktik , o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyəti nəzərə alınmadan gəlirlərdən çıxarılması, həmçinin bir sıra əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan və siyahısı Cənab Prezident tərəfindən təsdiq olunan bəzi məhsul növlərinin idxalının müddətli olaraq Əlavə Dəyər Vergisindən azad edilməsi. Bunlar kifayət qədər geniş paketdir. Bu paketin yeni rejimdə fəaliyyət göstərməsi sahibkarlar tərəfindən nəzərə alınıb".

Xəbər lenti