Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib
11:29
17 Aprel 2020
34Azərbaycanın işğal altındakı torpaqlarında keçirilən qondarma “prezident və parlament” seçkiləri ilə əlaqədar Milli Məclis AŞPA-ya nota göndərib.
Sabah.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü iclasında məlumat verib.
O bildirib ki, Milli Məclis adından Avropa Şurası Parlament Assambleyasına (AŞPA) etiraz məktubu göndərib. Məktubda AŞPA-nın həmin “seçkilərə” münasibət bildirməməsi tənqid olunub.
Daha çox