Millimizə namizəd idi, İtaliya klubuna keçdi
09:54
11 Fevral 2020
68İtaliyanın SPAL klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sabah.az klubun saytına istinadən xəbər verir ki, komandanı Luici Di Byaco çalışdıracaq. O, bu vəzifədə Leonardo Sempliçini əvəzlləyib.
48 yaşlı mütəxəssis Azərbaycan millisinin də baş məşqçi vəzifəsinə namizədlərdən biri idi. Di Byaco yeni klubu ilə mövsümün sonuna kimi müqavilə bağlayıb.
Qeyd edək ki, SPAL A Seriyasında sonuncu pillədə qərarlaşıb.
Daha çox