Gürcüstanda yeni qadağalar tətbiq edilir

XƏBƏR
09:39
17 Aprel 2020
42

Aprelin 17-dən Gürcüstanda koronavirusla əlaqədar yeni qadağaların tətbiqinə başlanılır.

Sabah.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Nazirinin mətbuat katibi İrakli Çikovani məlumat yayıb.

Onun sözlərinə görə, bu gündən etibarən qapalı ictimai yerlərdə tibbi maska taxmaq məcburidir. Bu tələbin yerinə yetirilməsinə görə məsuliyyət hüquqi şəxslərin üzərinə düşür. Tələbin icrasına nəzarət etməyən hüquqi şəxslər 15 min lari (8082,41 AZN) məbləğində cərimə olunacaqlar.

Həmçinin, ölkədə bütün növ minik avtomobillərinin ölkə daxilində hərəkəti qadağandır.

İrakli Çikovani bildirib ki, bu qadağalar aprelin 17-si saat 12:00-dan aprelin 21-dək qüvvədə olacaq.

Xəbər lenti