Azərbaycanda silahla davranış qaydaları müəyyənləşir
Silahla və yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozmaya görə cərimə və cəzalar müəyyənləşir.
Sabah.az APA-ya istinadən xəbər verir ki, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçirilən plenar iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 615-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurduqda 200 manatdan 300 manatadək məbləğdə cərimə və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 10 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Daha çox