“Real”ın futbolçusu həbs oluna bilər - Karantin rejiminə görə
İspaniyanın "Real" (Madrid) klubunun hücumçusu Luka Yoviç həbs edilə bilər.
Sabah.az Serbiya mətbuatına istinadən xəbər verir ki, karantin qaydasını pozan 22 yaşlı futbolçu Cinayət Məcəlləsinin 248-ci maddəsi ilə ittiham olunur. Bu maddədə 3 aydan 3 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Ötən ay sevgilisinin ad gününü qeyd etmək üçün vətəni Serbiyaya gedən Yoviç Belqrad prokurorluğuna ifadə verəcək. O, pul cəriməsi ilə də həbsdən qurtula bilər.
Xatırladaq ki, İspaniya mətbuatı bu hərəkətinə görə “Real”ın Yoviçi satacağını yazıb.
Daha çox