Tbilisidəki teleqüllə bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

ÖLKƏ
22:30
16 Aprel 2020
81

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Sabah.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani şəxsi “Twitter” hesabından məlumat verib.

Teleqüllənin fotolarını paylaşan D.Zalkaliani bildirib ki, bununla Gürcüstan COVID-19 infeksiyası ilə mübarizə aparan Azərbaycana ümid, dəstək və həmrəylik mesajı göndərir:

“Biz hamımız bir qayıqdayıq. Biz hamımız bir yerdə qalib gələ bilərik”.

Xəbər lenti