Mourinyo saçını dibindən niyə qırxdırıb?

İDMAN
09:22
11 Fevral 2020
61

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo yeni imici ilə bağlı açıqlama verib.

Sabah.az Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis saçını dibindən qırxdırmasının səbəbi ilə bağlı bunları deyib:

“Bəzən  yenilik etmək xoşuma gəlir. Hərdən bu soyuğu başımda hiss etmək və dəyişmək istəyirəm.

Amma bu dəfə baş verənlər başqa səbəbdən oldu. Mən bərbərxanada yatdım və oyananda gördüm ki, saçım dəhşətli görünür. Ona görə də saçımı dibindən kəsməyi xahiş etdim. Ümid edirəm ki, saçlarım tez uzanacaq".

Xəbər lenti