TƏBİB-dən yayılan video haqda açıqlama

GÜNDƏM
16:35
16 Aprel 2020
169

TƏBİB sosial şəbəkələrdə yayılan videomaterialla bağlı açıqlama yayıb.

Sabah.az xəbər verir ki, açıqlama Gəncə şəhər sakininin koronavirus testinin nəticəsinin neqativ olduğu halda Goranboy Rayon Mərkəzi Xəstəxanasında koronaviruslu xəstələrlə birgə məcburi müalicəyə cəlb olunduğu iddiaları ilə bağlıdır.

Açıqlamada qeyd edilir ki, həmin vətəndaşdan 11 və 13 aprel tarixlərində koronavirus analizi üçün nümunə götürülüb və hər iki testin nəticəsi pozitiv olub:

“Videomaterialda iddia edilir ki, vətəndaşa SMS sistemi vasitəsilə testinin nəticəsinin neqativ olduğu barədə ismarıc göndərilib. Qeyd olunan məsələ dərhal TƏBİB tərəfindən araşdırılıb və məlum olub ki, sözügüdən şəxs eyni zamanda, Gəncə Şəhər 6 saylı Poliklinikanın qeydiyyat şöbəsinin əməkdaşıdır. Analiz üçün nümunələr götürülən zaman, bir neçə şəxs eyni telefon nömrəsi qeyd etdiyindən, həmin şəxslərdən birinin test nəticəsi SMS vasitəsilə göndərilib. Buna baxmayaraq, şəxsə hər iki testinin nəticəsinin pozitiv olduğu barədə dəfələrlə məlumat verilib və laborator nəticələr vətəndaşa təqdim edilib.

Ancaq vətəndaş müalicə almaqdan imtina edərək dəfələrlə karantin qaydalarını pozmağa cəhd edib”.

Xəbər lenti