Rusiyada bir gündə 3448 nəfər koronavirusa yoluxdu

XƏBƏR
14:47
16 Aprel 2020
81

Rusiyada 24 saat ərzində 3 448 nəfər koronavirusa yoluxub.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya pandemiyaya yoluxanların sayı 27 min 938 nəfərə çatıb. Son sutka ərzində daha 34 nəfərin öldüyü bildirilib.

Qeyd edək ki, ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 232 nəfər, sağalanların sayı isə 2 304 nəfərdir.

Xəbər lenti