Türkiyədən gələn həkimlər hansı xəstəxanalarda çalışacaq?
"Türkiyədən gələn həkimlər Bakıda fəaliyyət göstərən 4 tibb müəssisələrində xidmət edəcək ki, bura "Yeni klinika", Mərkəzi Neftçilər Xəstəxanası, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Cərrahiyyə Klinikası aiddir".
Sabah.az "Report"a istinadən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, "Yeni klinika"da hazırda 100-dən çox xəstə müalicə alır:
"Onların içərisində ağır xəstələr üstünlük təşkil edir".
R.Bayramlı əlavə edib ki, xaricdən gələn həkimlərin digər hissəsi isə bölgələrdə karantin üçün ayrılan xəstəxanalarda fəaliyyət göstərəcəklər.
Daha çox