Avropa İttifaqı Azərbaycana təşəkkür etdi

ÖLKƏ
11:50
16 Aprel 2020
95

Avropa İttifaqı aprelin 15-də Heydər Əliyev Mərkəzinin binası üzərinə bayrağının videoproyeksiya olunmasına görə Azərbaycana təşəkkür edib.

Sabah.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas feysbukda paylaşım edib:

“Heydər Əliyev Mərkəzində dalğalanan Avropa İttifaqının bayrağı, Aİ və Azərbaycan arasındakı həmrəylik və tərəfdaşlıq əlaqələrinin əksidir. Birlikdə daha güclüyük! Sağ ol, Azərbaycan!”.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq zərərçəkən dövlətlərin bayraqları həmin ölkələrin musiqisinin müşayiəti ilə hər gün mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Xəbər lenti