“Yeni qaydalar hazırlanır, onların əsasında yaşayacağıq”

GÜNDƏM
11:38
16 Aprel 2020
211

“Koronavirus bir il insanların həyatından çıxmayacaq”.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, koronavirusun nə vaxt bitəcəyini dünyada heç kim bilmir:

“Mən də bunu bilmirəm. Bu, yeni bir xəstəlikdir, hələ yeni öyrənirik. Amma növbəti bir il ərzində də bu virusu həyatımızda hiss edəcəyik”.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, heç həs növbəti bir il ərzində həyatının normala dönəcəyini gözləməməlidir:

“Yeni qaydalar hazırlanır və bu qaydalar əsasında yaşayacağıq”.

Xəbər lenti