Dünən 2923 nəfər cərimələndi

ÖLKƏ
10:25
16 Aprel 2020
31

Dövlət Yol Polisi ötən gün cərimələnən şəxslərlə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 15.04.2020-ci il saat 00:00-dan 16.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2923 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 22 min 859 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Xəbər lenti