Şəmkirdə dəhşətli yanğın - Ölən və yaralananlar var

HADİSƏ
09:09
11 Fevral 2020
62

Şəmkirdə yanğın olub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ələsgərli kəndində qeydə alınıb.

Kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Zöhrab Rüstəm oğluna məxsus ev yanıb. Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı ev sahibi və onun övladı 2011-ci il təvəlüdlü Əhmədov Rüstəm Zöhrab oğlu ağır yanıq xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların vəziyyətləri ağır olduğundan Gəncə şəhərinə, oradan da Bakıya aparılıb.

Yanğın zamanı evdə bir qadın ölüb. Hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti