Masallıda evdə partlayış oldu

HADİSƏ
09:22
16 Aprel 2020
38

Masallı rayonunun Təzə Alvadı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

Sabah.az FHN-ə istinadən xəbər verir ki, yanğın hadisəsi olmayıb. Partlayış zamanı evin konstruksiyaları dağılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri 2-si azyaşlı olmaqla 3 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti