Bakıda qadını avtomobil vuraraq öldürdü

HADİSƏ
01:58
16 Aprel 2020
87

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində baş verib.

32 yaşlı Müşərrəf Zeynalova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “Opel” markalı minik avtomobili vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerindən dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti