Ruhi xəstə özünü asdı

HADİSƏ
00:44
16 Aprel 2020
29

Kürdəmir rayonunda intihar hadisəsi baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Abdullayev Murtuzəli Ağadadaş oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, mərhumun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti